
“Turan Tovuz”un Türkiyədə sonuncu sınağı
- 05 Avq 2025 15:40
- 45
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün sonuncu yoxlama matçını keçirəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqib Mərakeşin "Vidad" komandası olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.