
“Turan Tovuz”un Türkiyədə ilk sınağı
- 19 İyl 2025 13:30
- 55
“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxır.
Rekord.az xəbər verir ki, Kurban Berdıyevin komandası bu gün Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qarşılaşma Bolununu Gerede bölgəsindəki "The Sign" otelinin meydançasında keçiriləcək.