"Turan Tovuz"un büdcəsinin təsdiqlənməməsi bir sıra qeyri-müəyyənliklər yaradıb.

Rekord.az-a daxil olan məlumata görə, böyük ehtimalla komanda ölkə xaricinə toplanışa getməyəcək.

Quru sərhədlər bağlıdır, təyyarə ilə səfər isə maddi baxımdan klubun büdcəsi ilə uzlaşmır. Hansı ki, həmin məhdud büdcə belə, yuxarıda qeyd etdiyimiz kimi, hələ təsdiqlənməyib. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yəqin ki, Bakıda yoxlama görüşü keçirməklə kifayətlənəcək.