
"Turan Tovuz"un başına bu şəxs gətirilir
- 21 İyl 2022 13:00
- 753
Elxan Məmmədovun Azərbaycan futbolundan çəkilməsi və klublara maliyyənin bundan sonra AFFA-nın yox, icra hakimiyyətləri vasitəsi ilə veriləcəyi ilə bağlı qəbul edilən qərar çox daşları yerinə oturtmağa başlayıb. Artıa baş katibin adamları yavaş-yavaş öz postlarını və zabitələrini itirməyə başlayıb. Legionerlərdən Ştuxlik və Obradoviçin gedişi, Zaur Axundovun "Keşlə"ni tərk etməsi və s.
Rekord.az Məmmədovun klublara təhkim etdiyi digər şəxslərin də postlarını itirməyə başlaması haqda məlumat paylaşmışdı.
Konkret olaraq, Oqtay Abdullayevin "Turan Tovuz"dan göndəriləcəyi haqda da məlumat vermişdik. Belə ki, maliyyənin və idarəçiliyin icra hakimiyyətinə keçməsi ilə tədricən bu qurumun da klubdakı ağırlığı artmağa başlayır. Abdullayevin göndərilməsindən sonra "Turan Tovuz"un başına tanınmış sima gətiriləcək. Əldə etdiyimiz məlumata görə, rayon rəhbərliyi "Turan"ın sabiq vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, əslən tovuzlu olan Yaşar Sultanovu "Turan Tovuz"un Müşahidə Şurasına sədr postuna gətirməyi düşünür.