Filip Ozobiç "Turan Tovuz"dan ən çox maaş alan 3 futbolçudan biri olacaq.

Rekord.az-a daxil olan məlumata görə, məhz yüksək maaş tələbi səbəbi ilə "Sumqayıt"la anlaşa bilməyən xorvatiyalı Tovuz təmsilçisi ilə razılığa gələ bilib.

Ozobiç yeni klubunda ayına 20 min manat maaş alacaq. "Neftçi"də aldığından az olsa da, ümumilikdə 34 yaşlı birisi üçün Azərbaycanda aya 20 min maaş yaxşı hesab edilə bilər.