
“Turan Tovuz”da yeni futbolçu
- 26 İyl 2025 18:00
- 58
"Turan Tovuz" heyətini Tacikistan millisinin qapıçısı ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Oleq Baklovla 2 illik müqavilə imzalanıb.
Son olaraq “Ufa”da çıxış etmiş 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.