
"Turan Tovuz"da yeni baş məşqçi?
- 18 Mar 2022 12:00
- 723
Birinci Divizon təmsilçisi "Turan Tovuz"da ayrılıq reallaşıb.
Rekord.az xəbər verir ki, "Futbol plus"-ın iddiasına görə komandanın baş məşqçisi Rövşən Babayev istefa verib.
Onu belə qərar verməyə ardıcıl uğursuzluqlar vadar edib.
Son turda "Qaradağ Lökbatan"a darmadağınla (0-3) məğlubiyyət isə bu qərarda həlledici olub. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev isə məlumatı nə təsdiq, nə də təkzib edib. O, bütün suallara bugün aydınlıq gələcəyini bildirib. Lakin az məlum olub ki, Babayevin gedişi rəsmləşib və bundan sonra Əfqan Talıbov bu vəzifəni icra edəcək. Təcrübəli mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Babayevin rəhbərliyi altında Tovuz təmsilçisi hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. 17 turdan sonra komandanın aktivində cəmi 17 xal var.