Ayxan Abbasovun təyinatından sonra bir sıra yerli futbolçularla müqavilə bağlayan “Turan Tovuz” hələ ki, heç kiminlə rəsmi müqavilə bağlamayıb.

Rekord.az xəbər verir ki, rəhbərlik büdcənin təsdiqlənməsini gözləyir.

Bununla belə, saytımızın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisində maaşlar öncədən də gözlənildiyi kimi, elə də yüksək olmayacaq. Məsələn, yerli futbolçular arasında ən yüksək maaş 5 min manadan çox olmayacaq.