
"Turan Tovuz"da anormal vəziyyət: 12 nəfər toplanışa getdi, 12 nəfər Bakıda qaldı
- 21 İyl 2022 11:00
- 552
“Turan Tovuz” dünən təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanıb.
Rekord.az xəbər verir ki, komanda “Zedazeni” otelində məşkunlaşıb.
Amma... Düşərgədəki futbolçuların heç də hamısı səfərə aparılmayıb. Premyer Liqanın debütantı qonşu ölkəyə cəmi 12 futbolçu apara bilib.
Daha 12 nəfər isə Bakıda qalıb. Buna səbəb rəsmilərin qeyri-peşəkar fəaliyyəti və lazımı qədər bilet əldə edə bilməməsidir. (sportinfo.az)