“Turan Tovuz” ötən mövsüm komandanın uğurları üçün çalışan 7 futbolçu ilə yeni müqavilə bağlayıb. 

Rekord.az xəbər verir ki, Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalov daha 1 mövsüm bu komandanın şərəfini qoruyacaqlar.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.