AFFA İntizam Komitəsinin son iclasında “Kəpəz” – “Turan Tovuz” matçından sonra yaşanan insidenti müzakirə edən komitə üzvləri cəzalar tətbiq etdilər. Lakin maraqlıdır ki, bütün ağır cəzalar demək olar ki, ancaq “Turan Tovuz”a verildi. Halbuki insidentin başlanmasının səbəbkarı Ayzayo oldu. Eləcə də digər “Kəpəz” futbolçuları da insidentdə iştirak etdi.

Rekord.az-a daxil olan məlumata görə, bütün bunların əsl səbəbkarı oyunun AFFA nümayəndəsi Erkin Hüseynov olub.

Belə ki, oyundan sonra hadisələrin mərkəzində olan, baş verənləri telefonunun yaddaşına köçürdən Hüseynov yalnız Tovuz futbolçularını hədəf götürüb və yalnız onların hərəkətlərinin əks olduğu görüntüləri İntizam Komitəsinə təqdim edib. Yazdığı raportda da hadisələrin günahkarı kimi tovuzlu futbolçuları göstərib. İntizam Komitəsi də məhz bunları əsas götürüb “Turan Tovuz”a sərt cəzalar verib.