"Turan Tovuz"un Premyer Liqaya çıxacağı halda bəzi tovuzlu futbolçuların geri qayıdacağına dair məlumatlar yayılıb.

Rekord.az xəbər verir ki, həmin futbolçular bu təkliflərə isti baxır.

Hətta onlardan biri olan Elvin Məmmədov doğma rayonuna dönüşü üçün konkret razılıq da verib. Onsuz da "Sumqayıt"da çox az oynamaq şansı qazanır və böyük ehtimalla mövsümün sonunda bu klubdan ayrılacaq. Lakin Məmmədov "Turan Tovuz"a qayıtmaq üçün öz şərtini də irəli sürüb. İlk növbədə maddi təminat olmalıdır. Yəni futbolçu əmin olmaq istəyir ki, Tovuza qayıdacağı halda normal maaş ala biləcək. Təbii ki, bütün bunların baş tutması üçün ilk növbədə komandanın Premyer Liqaya gəlişi rəsmləşməlidir.