Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" sonuncu yoxlama matçında məğlub olub.


Rekord.az xəbər verir ki, Mərakeşin "Vidad" komandası ilə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 0:1 hesabı ilə uduzub.


Türkiyə toplanışını başa vuran "Turan Tovuz" sabah Vətənə dönəcək.