
"Turan Tovuz" - "Qəbələ" matçına nə qədər bilet satılıb?
- 08 Avq 2022 16:39
- 581
"Turan Tovuz" klubu 9 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdıb.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisi bu gün ilk turun oyunları çərçivəsində Tovuz şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma 17:00-da start götürəcək.
Klubun mətbuat katibi Süleyman Tağıyevin fanat.az-a verdiyi məlumata görə, görüşə maraq böyükdür: "2 günə 2000 bilet satılıb. Oyun başlayana kimi biletlərin tam satılacağını gözləyirik".
Qeyd edək ki, "Turan Tovuz"un bütün ev oyunlarına giriş biletlə olacaq. Biletlərin qiyməti 101 və 102-ci sektorlara 2, 103-cü sektora isə 1 AZN təşkil edir.
Bununla yanaşı, Futbolun İnkişaf Fondu və klub 2022/23 mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edib.
500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 manat təşkil edir. Bu biletləri əldə edən azarkeşlər stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilər.
Mövsümi bilet alan şəxsə klubun atributları da təqdim olunacaq.