
"Turan Tovuz" oyunlara getmək üçün avtobus icarəyə götürəcək
- 15 İyl 2022 17:00
- 714
Yenidən Premyer Liqaya qaytarılan "Turan Tovuz"un büdcəsi hələ də təsdiqlənmədiyi üçün, bir sıra məsələlər açıq olaraq qalır.
Rekord.az xəbər verir ki, belə problemlərdən biri də nəqliyyat problemidir.
Klubun şəsi avtobusu yoxdur və güman ki, yeni mövsümün gedişində də olmayacaq. Çünki hazırda yeni avtobus almaq klubun büdcəsi xaricindədir. Əldə etdiyimiz məlumata görə, Tovuz təmsilçisi oyunlara getmək üçün avtobus kirayələyəcək.