
"Turan Tovuz" mövsümü erkən başa vuran qapıçı ilə yeni anlaşma əldə etdi ÖZƏL!
- 03 May 2023 19:00
- 1291
Misli Premyer Liqasının "Sabah"la keçirilən 31-ci tur matçında ciddi zədə alaraq mövsüm erkən bitirən Tərlan Əhmədli növbəti mövsümdə də Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Rekord.az-a etibarlı mənbədən ötürülən məlumata görə, 29 yaşlı qapıçı ilə ilkin anlaşma əldə olunub.
Mövsümün sonunda isə yeni müqaviləyə imza atılacaq.
Qeyd edək ki, Tərlan 2022-ci ilin iyununda "Turan Tovuz"la yeni müqavilə bağlamışdı.