Yeni mövsümə hazırlıqları davam etdirən "Turan Tovuz" legioner axtarışlarına da son verməyib.

Rekord.az xəbər verir ki, son olaraq komandanın ötən mövsüm “Şamaxı”da çıxış etmiş ingiltərəli futbolçu Nathan Oduva ilə danışıqlar apardığını xəbər vermişdik.

Əldə etdiyimiz məlumata görə, əcnəbi forvardla danışıqlara ara verilib. Səbəb isə baş məşqçi Ayxan Abbasovun diqqətini bir başqa legioner hücumçunun çəkməsi olub.

Adını dəqiqləşdirə bilmədiyimiz forvard braziliyalıdır.

Oduva isə klubun transfer siyahısından tam çıxarılmayıb. Əgər braziliyalı oyunçu ilə anşalmaq mümkün olmasa, “Tottenhem”in yetirməsi olan ingilərəli hücumçu ilə danışıqlar yenidən aktivləşəcək. (sportinfo.az)