"Turan Tovuz" kapitanla yolları ayırdı
- 17:40
- 34
"Turan Tovuz" futbolçu Şəhriyar Əliyevlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın kapitanı olan 33 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Klubun yaydığı açıqlamada bildirilib: "Premyer Liqaya yüksəldiyimiz 2022/2023-cü illər mövsümündən etibarən formamızı qürurla daşıdığına görə kapitanımıza təşəkkür edir, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayırıq!"
Qeyd edək ki, bu, Tovuz təmsilçisində yayın ilk ayrılığıdır.