Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” ilk transferlərini gerçəkləşdirib.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu “Şamaxı” olub.