Boksçularımız IBA Prezident kubokunda mübarizə aparacaqlar
- 13:40
- 25
Bu gün Türkiyənin İstanbul şəhərində boks üzrə IBA Prezident kuboku start götürəcək.
Rekord.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyevlə Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.
Məşqçilər korpusu kubokda Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidova (85 kq) şans verəcəklər.
Yarışın qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək.
İstanbulda Fuad Aslanovla Rövşən Qədirov ölkəmizi hakim kimi təmsil edəcəklər.