2022-2023-cü  illər mövsümünün hazırlığını davam etdirən “Turan Tovuz” bu gün yoxlama oyunu keçirəcək. 

Rekord.az xəbər verir ki, Ayxan Abbasovun komandası "Şamaxı" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda oynanılacaq matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.