
"Turan Tovuz" hazırkı heyətin çoxunu saxlayacaq
- 23 Fev 2023 18:00
- 661
Yeni sponsoruna qovuşan "Turan Tovuz" yayda heyətlə bağlı ciddi dəyişikliklərə əl atmayacaq.
Rekord.az-a daxil olan məlumata görə, əsas gücü infrastrukturun yaxşılaşdırılmasına yönəldəcək Tovuz təmsilçisi hazırkı heyətin 80-85 faizini saxlamağı düşünür.
Yalnız 2-3 yeni futbolçunun heyətə cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, "Huner Group"un gəlişindən sonra Tovuz stadionunda işıqlandırma sistemi və tablonun quraşdırılacağı məsələsi gündəmə gəlib.