9 ildən sonra premyer-liqaya dönən “Turan Tovuz” transfer çalışmalarını davam etdirir.



Rekord.az xəbər verir ki, öncə yerli oyunçularla danışıq aparan “boz qurdlar” paralel olaraq legioner axtrışını da davam etdirir.

 

Qeyri-rəsmi mənbələrdən "Futbol plus"a daxil olan məlumata görə, qərb təmsilçisi legioner axtarışında daha çox Gürcüstan variantına üstünlük verir.

Mənbəmizin sözlərinə inansaq, klub rəhbərliyi artıq bir neçə oyunçu ilə danışıqlara başlayıb. Onların Tovuza gəlib-gəlməyəcəyi yaxın günlərdə məlum olacaq. Mənbəmiz onu da bildirdi ki, “Turan Tovuz”un maraq dairəsinə düşənlərin ikisi dayaq yarımmüdafiəçisi, biri isə müdafiəçidi.