Ayxan Abbasovun rəhbərliyi altında  2022/23 mövsümünün hazırlığını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanacaq.

Rekord.az xəbər verir ki, bu gün Tiflisə yola düşəcək komanda “Zedazeni” otelində məşkunlaşacaq.

İyulun 30-a dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi haqda əlavə məlumat veriləcək.