
“Turan Tovuz” Albaniya klubuna uduzdu
- 02 Avq 2025 21:00
- 38
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.