
“Turan Tovuz-2”nin baş məşqçisi və məşqçilər korpusu məlum oldu
- 23 Avq 2022 11:00
- 880
I Divizionda çıxış edəcək “Turan Tovuz-2”nin baş məşqçsi məlum olub.
Rekord.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin məlumatına görə, əvəzedici komandanın baş məşqçi postu Nizami Ocaqverdiyevə həvalə olunub.
Onun köməkçiləri də tovuzlu mütəxəssislər olacaq. Ocaqverdiyevin köməkçisi Etimad Qurbanov, qapıçılarla işləyən məşqçi isə Eldəniz Hüseynov olacaq.