Mingəçevir şəhərində Turan Rüstəmovun xatirəsinə həsr olunmuş cüdo üzrə turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, 15 yaşa qədər yeniyetmə idmançılar arasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarış Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və gənc cüdoçu Turan Rüstəmovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışda 150 yeniyetmə cüdoçu arasında 10 çəki dərəcəsində qaliblər bəlli olub.