Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Aluminium Arak”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 2:0.

Yeni mövsümdə ilk qələbəsini qazanan “Traktor” 5 turdan sonra 5 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.