Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Paykan”la qarşılaşıb. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar - 1:0.

“Traktor” 27 turdan sonra 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.