
“Traktor” yenə qələbə qazana bilmədi
- 01 Mar 2022 11:20
- 505
Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sepahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 2:2. Komanda artıq 10 oyundur qələbəyə həsrətdir.
“Traktor” 20 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.