Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Mes Rafsanjan”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar - 0:1.

“Traktor” 8 turdan sonra 11 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.