photo

“Traktor” doğma meydanda xal itirdi

  • 2019-12-06 11:20
  • 98

Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Şahin Buşəhr”lə qarşılaşıb. “Xəzər Lənkəran”ın türkiyəli sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. 

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Pars Janoobi Jam”la heç-heçəyə razılaşıb – 1:1.

“Traktor” hazırda 18 xalla 16 kollektiv arasında 8-ci, “Maşinsazi” isə 16 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər