Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə "Turan" komandası, ll yerə "Birlik" komandası, lll yerə isə "Qaraqaya" komandası layiq görülüb.

Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.