
Tovuz stadionunun qazonu dəyişdirilməyəcək
- 03 Mar 2023 14:00
- 475
Son günlər gəzən söz-söhbətlərdən biri də Tovuz stadionunun qazonunun dəyişdirilməsi ilə bağlıdır.
Rekord.az xəbər verir ki, hazırkı süni örtüyün təbii qazonla əvəzlənəcəyi haqda məlumatlar dolaşır.
Lakin komandanın baş məşqçisi Ayxan Abbasov bizimlə söhbətində belə məsələnin gündəmdə olmadığını bildirdi: “Ən azı gələn mövsüm də hazırkı qazonda oynayacayıq. Çünki bu qazon yeni salınıb və bir müddət istifadə olunmalıdır. Gələcəkdə nə oilacaq, onu birlikdə görəcəyik. Amma onu deyə bilərəm ki, əlavə yeni bir ehtiyat meydançanın salınması ilə bağlı işlər görülür”.