
Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsinə başlanılıb
- 25 İyl 2025 17:40
- 46
Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.
Rekord.az xəbər verir ki, Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.
Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın salınmasına da başlanılıb.