Fabio Paratiçi İngiltərənin "Tottenhem" klubunun idman direktoru vəzifəsini tərk edib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Buna onun İtaliya Futbol Federasiyasının (FIGC) verdiyi cəzaya etiraz edə bilməməsi səbəb olub.

FIGC Turin klubunun maliyyə fırıldaqlarına görə "Yuventus"un keçmiş baş direktorunu 2.5 il müddətinə vəzifəsindən kənarlaşdırıb.