“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Uels yığmasının və “Suonsi Siti”nin müdafiəçisi Co Rodonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 2025-ci ilədək müqavilə bağlanılıb. Rodon yeni komandasında “14” nömrəli formada çıxış edəcək. Müqavilə məbləğinin 11 milyon, bonusların isə 4 milyon funt sterlinq təşkil edəcəyi bildirilir.

Rodon peşəkar karyerasına məhz yetirməsi olduğu “Suonsi Siti”də başlayıb. O, bir müddət “Çeltenhem Taun”da icarədə də oynayıb. 2019-cu ildən isə o, Uels millisinin formasını geyinir.