
“Toplanış çərçivəsində gördüyümüz işdən razı qaldım”
- 17 İyl 2025 22:18
- 31
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Trabzonspor"la oyunu (3:2) şərh edib.
Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:
“Bu, Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək.
Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super Liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.