“Neftçi” ilə adı hallanan almaniyalı məşqçi Tomas Doll bu barədə danışıb.

Rekord.az xəbər verir ki futbolinfo.az-a açıqlama verən çalışdırıcı belə bir təklif almadığını bildirib: 

“Neftçi” ilə heç bir danışıq olmayıb. Təklif də almamışıq”.

Qeyd edək ki, Doll BATE-nin sabiq çalışdırıcısı Aleksey Baqa ilə birgə "Neftçi"nin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur. Paytaxt təmsilçisinin Roberto Bordini istefaya göndərib, bu iki məşqçidən birini gətirmək istədiyi haqda xəbərlər yayılmaqdadı.