Azərbaycan Basketbol Liqasının 3-cü turundan təxirə salınmış "Gəncə" - "Neftçi" oyununun vaxtı bəlli olub.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Qarşılaşma dekabrın 6-da Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.