Təxirə salınan oyunların vaxtı açıqlandı
- 19:00
- 33
Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınan oyunların tarixi açıqlanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yanvarın 28-də "Sabah" - "Neftçi", bir gün sonra NTD - "Gəncə" matçı baş tutacaq.
Hər iki görüş saat 20:00-da Bakı İdman Sarayında təşkil olunacaq.