Ötən gün Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü idi.

Rekord.az xəbər verir ki, o, 2013-18-ci illərdə klubumuzun şərəfini qoruyub.

Novruz klubumuzun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında 5 ildən artıq bölməmizdə hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub. Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.

Şəhidimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirik!