Xəbər verdildiyi kimi, AFFA Tərtərdə yeni stadionun tikintisi ilə bağlı tender elan edib.

Rekord.az xəbər verir ki, hazırda Tərtərdə stadion mövcud olsa da, demək olar ki, istifadəyə yararsızdır.

Federasiya arenaya baxış da keçirib və qərara alınıb ki, hazırda mövcud olan tribuna tamamilə dağıdılmalıdır. Ümumiyyətlə, ərazi tam torpaqlanacaq və sıfırdın yeni stadionun tikintisinə başlanılacaq. Yeni stadionun tamaşaçı tutumunun isə 2000-2500 civarında olacağı gözlənilir.