Həftə içi Azərbaycan Kubokunda 1/4 finala start veriləcək.

Rekord.az xəbər verir ki, cümə günü "Kəpəz" Gəncədə "Turan Tovuz"u qəbul edəcək.

Saytımıza daxil olan məlumata görə, Gəncə təmsilçisi bu oyuna çox ciddi yanaşır. Ümumiyyətlə, "Kəpəz" rəhbərliyi bu mərhələni keçməyi şərt kimi baş məşqçi Tərlan Əhmədovun qarşısına qoyub. Gəncə təmsilçisi də sırf kubok oyununa kökləndiyi üçün "Sumqayıt"la çempionat matçını bir növü qurban verib.