
Ten Haqın Ronaldodan tələbi
- 19 İyl 2022 11:30
- 542
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq futbolçusu Kriştiano Ronaldonun gələcəyi haqda danışıb.
Rekord.az xəbər verir ki, mütəxəssis "The Atletic"ə açıqlamasında deyib:
"Bildiyimə görə, Ronaldonun müqaviləsini bir il uzatmaq imkanı var. Bəli, bundan sonra o, növbəti mövsümdə qala bilər. Amma düzünü desəm, “Mançester Yunayted”lə üç illik müqavilə imzalasam da, bu da uzunmüddətli hesab edilmir. Qələbə qazanmağa əvvəldən başlamalıyıq. Mən o qədər uzağa baxmıram. Mənim strategiyam var, onun üzərində işləmək vaxt aparan prosesdir. Amma biz əvvəldən qalib komanda olmalıyıq. Ronaldo ilə vəziyyət bir həftə əvvəl olduğu kimidir. Heçnə dəyişməyib. Düşünürəm ki, Ronaldo pressin tələblərimə cavab verə bilər. O, karyerası boyu hər şeyi sübut edib. Ronaldodan tələblərim var, müəyyən formada oynamaq istəyirik. Çünki ən yaxşı oyunçular komandaya töhfə verə bilirlər və Ronaldo mütləq ən yaxşı oyunçudur".
Qeyd edək ki, Ronaldo ötən ilin yayında "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, klubdan ayrılmaq niyyətindədir.