
“Tarixi nəticəni təkrarlamaq istəyirik” - Qara Qarayev
- 16 Avq 2022 12:46
- 696
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Tarixi nəticəni təkrarlamaq istəyirik. İşimizin nə qədər ciddi olduğunu dərk edirik. Evdə oynayacağıq. Fanatların etimadını doğrultmağa çalışacağıq. Rəqib pley-offadək irəliləyibsə, xüsusi diqqət edilməli nöqtələri var. 90 dəqiqə üstün oyun sərgiləmək niyyətindəyik”.
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.