Azərbaycanda "Standart", "İnter"(indiki "Keşlə") və "Simurq" klublarında oynamış Baçana Sxadadze öz ölkəsində futbol funksioneri kimi çalışacaq.

Rekord.az xəbər verir ki, son olaraq 2019-cu ildə Fransada "Bastiya" forması geyinmiş gürcü hücumçu "Rustavi"yə idman direktoru təyin edilib.

Hazırda 1-ci liqada mübarizə aparan klub onu ictimaiyyətə təqdim edib. Baçana uzun illər Azərbaycanda məşqçi kimi çalışmış Kaxaber Sxadadzenin oğludur.