Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze Azərbaycandan təklif alması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, "Ordabasi"nin baş məşqçisi Qazaxıstan mətbuatına müsahibəsində “Azərbaycandan təklif almağınız haqda xəbərlər doğrudurmu” sualını belə cavablandırıb:

“Bilirsiniz, hər şey olə biər. Ancaq mən "Ordabasi" ilə 2020-ci ilin sonuna qədər müqavilə imzalamışam. Bir-birimizdən məmnunuq. Rəhbərlik işlərimizi bəyənir, bizi də bütün şərtlər qane edir.  Mən "Ordabasi"ndayam və işim yaxşı nəticə qazanmaqdır”.