
Superliqada 4-cü tura yekun vuruldu
- 14 Sen 2021 01:24
- 514
Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. “Qaziantep” “Antalyaspor”u, “Alanyaspor” isə “Girəsunspor”u qəbul edib. Hər iki oyunda meydan sahibləri qalib gəliblər.
Qeyd edək ki, 4 turdan sonra turnir cədvəlinə 10 xalla "Beşiktaş" başçılıq edir. "Trabzonspor", "Fənərbaxça" və "Konyaspor" isə eyni xalla müvafiq olaraq növbəti yerləri bölüşdürürlər. "Qalatasaray" 8 xalla 5-cidir.
13 sentyabr
Türkiyə Super Liqası, 4-cü tur
"Qaziantep" – "Antalyaspor" - 2:0
Qol: M.Demir, 54-pen. Mendil, 90+9.
"Alanyaspor" – "Girəsunspor" - 1:0
Qol: Avazim, 8.
11 sentyabr
"Fatih Karagümrük" – "Adana Dəmirspor" - 4:0
"Konyaspor" – "Altay" - 3:1
"Beşiktaş" – "Yeni Malatyaspor" - 3:0
"Kayserispor" – "Kasımpaşa" - 2:0
12 sentyabr
"Fənərbaxça" – "Sivasspor" - 1:1
"Rizəspor" – "Hatayspor" - 0:2
"Trabzonspor" – "Qalatasaray" - 2:2
"Göztəpə" – "Başakşəhər" - 2:1