“Fənərbaxça”nın aparıcı futbolçusu sıradan çıxıb.

Rekord.az xəbər verir ki, o, bir aydan çox komandasına kömək edə bilməyəcək.

Braziliyalı yarımmüdafiəçi Super Liqanın 21-ci turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib. Tibbi müayinədən keçən 30 yaşlı futbolçuda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Fred cari mövsümdə 21 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib.